İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Çinin “Jiubai Import & Export” şirkəti ilə Azərbaycanda “yaşıl enerji” və elektrik avtomobillərin istehsalı haqqında müzakirə aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkə hesabında yazıb.

“Ətraf mühitin qorunmasi önəmindən irəli gələrək qeyd olunan sahələrdə investisiyaların cəlb olunması prioritet məsələlərdəndir”, - deyə O. Məmmədov bildirib.