İlin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat xərcləri 13 milyon dollardan artıq, əsaslı xərclər isə 2 milyon dollardan artıq olub.

“BP Azərbaycan”dan verilən məlumata əsasən, rüb ərzində boru kəmərinin gündəlik orta ötürücülük gücü 50,74 milyon kubmetr olub.

Qeyd edilib ki, boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. Cənubi Qafqaz Boru Kəməri Genişləndirilməsi (CQBKG) isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.