“Suriyada davamlı sülhün bərpası üçün ciddi addımlar atılmalıdır”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu misirli həmkarı Sameh Şükri ilə mətbuat konfransı zamanı deyib.

“Misirin Fələstin və Yaxın Şərq mövzusunda oynadığı rolu hər zaman təqdir etmişik. Biz bunu münasibətlərimizin soyuq olduğu dönəmdə belə qeyd etmişik, bu gün bir daha deməkdə fayda görürəm”, - o, əlavə edib.