Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgiyeva Avrozonada artım üçün aşağı istiqamətli risklərin və inflyasiya üçün yüksək risklərin olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə Lüksemburqda mətbuata açıqlamasında danışıb. Rusiya-Ukrayna müharibəsi ilə Avrozona iqtisadiyyatı itkilərə baxmayaraq, Avro Bölgəsi iqtisadiyyatının 2023-cü ilin əvvəlində tənəzzülə girdiyini və  tədricən bərpa olunacağını qeyd edib.

İnflyasiya gözləntilərini aşağı salmaq üçün sərt pul siyasətinin davam etdirilməsinə diqqət çəkən Georgieva deyib:

“Mövcud iqtisadi şərait 2023-2024-cü illərdə ümumi tələbi azaldacaq. Bu maliyyə bazarının pozulması riskini azaltmağa kömək edəcək sərt fiskal siyasət mövqeyi tələb olunur”.