Beynəlxalq Valyuta Fondu (BVF) Çinin bu il üçün iqtisadi artım proqnozunu 5%-ə yüksəldib.

Bu barədə İqtisadiyyat.az "Sinxua" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, əvvəlki proqnozdan 0,4 faiz bəndi çoxdur.

Qeyd edək ki, mart ayında Çin hökuməti iqtisadiyyatın bu il 5% artacağını açıqlayıb.

 

Gözəl Həşimova