İsrail martın 16-dan etibarən bütün ölkələrlə hava əlaqəsini bərpa edəcək.

Bu barədə “RİA Novosti” ölkənin Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən məlumat verib.

Qeyd olunur ki, Ben Qurion hava limanına bir gündə 3 mindən çox olmayaraq insan uça bilər. Bundan əlavə, sərnişinlər sosial məsafə saxlamalı, həmçinin hava limanında koronavirus testi verməlidir.

XİN-dən bildiriblər ki, İsrail Səhiyyə Nazirliyi əhalinin sağlamlığına təhlükə yarada biləcək istənilən aviareysi ləğv etmək hüququnu özündə saxlayacaq.

Daha əvvəl İsrailin yayda sərhədləri turistlər üçün aça biləcəyi xəbər verilmişdi.