"Bu gün bəzi adamlar zəfərimizə kölgə salmağa çalışırlar".

İqtisadiyyat.az Türkiyə KİV-lərinə istinadəmn xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib.

O bildirib ki, müharibə dövründə Azərbaycan Ordusuna qarşı "qara piar" aparılıb:

"Bəziləri Azərbaycan xalqının məruz qaldığı zülmləri görməzdən gəlir. Biz bu dezinformasiyalara icazə verməyəcəyik. Qarabağ zəfərini musiqidə, kinoda, ədəbiyyatda- hər yerdə yaşadacağıq. Bu gün Qarabağ azaddır və bir daha əsarət altına düşməyəcək".