Avropa Mərkəzi Bankının (ECB) siyasət faizini 3,25%-dən 3,50%-ə qaldıracağı gözlənilir.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) artıq 15 aydır monetar siyasətində heç bir dəyişiklik etməməsi isə diqqət çəkir.  Belə ki, FED siyasət faizini dəyişməyərək 5-5,25 faiz səviyyəsində saxlayıb.

Bununla bağlı FED sədri Cerom Pauel bildirib ki, komitə üzvləri inflyasiyanı cilovlamaq üçün faiz artımının baş verməsini məqsədəuyğun hesab edirlər. Bu açıqlamadan  sonra dolların digər valyutalar qarşısında gücünü ölçən "DXY" indeksi 102 250-dən 102 930-a yüksəlib.