Böyük Britaniya iqtisadiyyatının 2024-cü ilin sonunda tənəzzülə uğrama riskinin 60% olduğu açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Milli İqtisadi və Sosial Tədqiqatlar İnstitutunun təhlilində qeyd olunub.

Ümumi seçkilərin planlaşdırıldığı bu dövrdə ölkədə gəlir bərabərsizliyinin arta biləcəyi gözlənilir. Brexit, COVID-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu inflyasiyanın azaldılması üçün monetar siyasətin sərtləşdirilməsi Britaniya iqtisadiyyatına mənfi təsir göstərib.

Bu hadisələrin təsiri ilə Britaniya iqtisadiyyatının bu il 0,4%, 2024-cü ildə isə 0,3% böyüməsi gözlənilsə də, iqtisadi görünüşlə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır. Sözügedən qeyri-müəyyənliklərdən asılı olaraq iqtisadiyyatın gələn ilin sonunda 60% risklə tənəzzülə girə biləcəyi proqnozlaşdırılır. İnflyasiyanın isə bu ilin sonunda 5,2%-ə, 2024-cü ilin sonunda isə 3,9%-ə düşəcəyi proqnoz edilir.

 

Gözəl Həşimova