BP 2030-cu ilə qədər neft və qaz hasilatını azaltmaq məqsədindən imtina edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Qeyd edilib ki, investorların etibarını bərpa etmək üçün şirkət enerji keçid strategiyasını dəyişsə də, 2030-cu ilə qədər neft və qaz hasilatını azaltmaq hədəfindən də əl çəkib.

Xatırladaq ki, 2020-ci ildə elan etdiyi strategiya ilə BP 2030-cu ilə qədər hasilatını 40 faiz azaltmaqla sektorun ən iddialı planlarından birini irəli sürmüş, eyni zamanda bərpa olunan enerji mənbələrini sürətlə artırmağı öhdəsinə götürmüşdü. Bununla belə, investorlar enerji keçidinə deyil, qısamüddətli gəlirlərə diqqət yetirdiyinə görə, BP onilliyin sonuna qədər gündəlik 2 milyon barel hasil etməyi qarşısına məqsəd qoymuşdu və keçən ilin fevralında bu hədəfi 25 faizə endirmişdi.

Bildirilib ki, BP neft və qaz hasilatını artırmaq üçün Yaxın Şərq və Meksika körfəzinə yeni investisiyalar yatırmağı hədəfləyir.

 

Gözəl Həşimova