Tikinti-təmir sektoru üzrə çalışan “Conrad” MMC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermədiyi üçün cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Yol Polisi (DYP) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.