Amerikanın “Chevron” neft-qaz şirkəti "Athabasca" neft qumları layihəsinin 20%-ni və "Duvernay" şist layihəsinin 70%-ni 6,5 milyard dollara Kanada Təbii Sərvətlərinə satmağa razılıq verib.

İqtisadiyyat.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, əməliyyat tam olaraq nəğd ödəniləcək. Prosesin 2024-cü ilin dördüncü rübündə həyata keçirliməsi gözlənilir.

Xatırladaq ki, "Chevron" daha əvvəl 2028-ci ilə qədər 10-15 milyard dollar dəyərində aktivləri satmaq niyyətində olduğunu bildirmişdi.

Neft və qaz nəhənginin səhmləri bu gün bazar əvvəli ticarətdə 0,9% bahalaşıb.

 

Sadiq Cavadov