Sentyabr ayında Böyük Britaniyada yaşayış binalarının qiyməti illik müqayisədə 4,7% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Halifax" konsaltinq şirkətinin məlumatında deyilir.

Qeyd edilib ki, bu, 2022-ci ilin noyabrından bəri rekord artımdır. Qiymət artımı artıq onuncu aydır ki, qeydə alınıb. Avqustda isə mənzil qiymətləri 4,3% artıb.

Hazırda Böyük Britaniyada əmlakın orta qiyməti 293,399 min funt sterlinqdir (383,427 min dollar).

 

Gözəl Həşimova