İsrail ordusu Livanın cənubunda quru əməliyyatının ilk günlərində itkilər verməyə başlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, döyüşlərdə 7 hərbçi ölüb.

"Sky News Arabia"nın məlumatına görə, Livanın cənubunda baş verən qarşıdurmalarda 10-dan çox İsrail əsgəri həlak olub. Ən azı 50 nəfər yaralanıb.

"Hizbullah" təşkilatı isə açıqlayıb ki, İsrailin üç "Merkava" tankını sıradan çıxarıblar.