"Qara-Qum Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu üzə çıxıb. 

İqtisadiyyat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, qanuni təmsilçisi Məmmədov Fuad Güləhməd oğlu olan MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə 548.203,59 manat vergi borcu var. 

Şirkət barəsində operativ vergi nəzarəti üzrə - əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 4 dəfə 1000 manat, bir dəfə isə 715,73 manat maliyyə sanksiyası tətbiq edilib. 

Xatırladaq ki, 2018-ci ilin avqust ayında Baş Prokuroluq tərəfindən "Qara-Qum Holdinq" MMC-nin rəhbəri Yasif Ağayevə cinayət işi açılmışdı.