Sumqayıt şəhəri, Qurd dərəsi (kanalüstü) və Dənizkənarı (Novxanı hissəsi) ərazilərin qaz təchizatının yaxşılaşdırılması layihəsinin icrası çərçvəsində, Saray körpüsü ətrafında yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri görüləcək.

“Azəriqaz” İB-dən İqtisadiyyat.az-a bildirilib ki, bu məqsədlə oktyabrın 2-si saat 11:00-dan işlər yekunlaşanadək “Şəhər-4” orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Sumqayıt şəhərinin Novruz, Təzə və Köhnə Corat qəsəbələrinin, Novxanı, Qurd dərəsi, Corat və Saray bağlarının, 11-12-13-17-ci və18-ci mikrorayonların bir hissəsinin, 20-ci və 21-ci mikrorayonların, eləcə də 47, 48, 49, 51, 52, 53-cü məhəllələrin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.