“Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsində növbəti oyuna çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Malmö”nü qəbul edib.  Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə "Qarabağ" 1-2 hesabı ilə məğlub olub.

“Qarabağ” ilk oyunda “Tottenhem”ə (0:3), “Malmö” isə “Reyncers”ə (Şotlandiya) uduzub (0:2).

Avropa Liqası

Liqa mərhələsi, II tur

3 oktyabr

20:45 Qarabağ – Malmö (İsveç) 1-2

Qollar: Juninyo 14. - Erik Botheim 19, 47 

Baş hakim: Anatasios Papapetru (Yunanıstan)

(Tofiq Bəhramov adına Respublika stadionu)