BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) zamanı Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən hazırlanmış “Azərbaycan üçün Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi”nin nümayiş olunması razılaşdırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.

Nazir bildirib ki, Braziliyada G20 tədbirləri çərçivəsində İEA-nın icraçı direktoru Fatih Birol ilə görüşüb: “Görüşdə qlobal enerji bazarlarında vəziyyətə, COP29 çərçivəsində enerji təşəbbüslərinin elanına, COP28 Konsensunun nəticələrinin təqdimatı kimi bir sıra mühüm tədbirlərdə əməkdaşlığa dair səmərəli müzakirələrimiz olub”.