2022-ci il üzrə dünyanın ən böyük araq ixratçısı və idxalçılarının siyahısı açıqlanıb.

İqtisadiyyat.az-ın araşdırmasına görə, İsveç 2022-ci ildə dünyanın ən böyük araq ixracatçısı olub. Ümumilikdə, İsveç həmin il təxminən 472 milyon ABŞ dolları dəyərində araq ixrac edib.

Fransa isə təxminən 454 milyon dollarlıq satışla növbəti ən böyük ixracatçı olub.

Ölkələr

Araq ixracının dəyəri

İsveç

472 milyon dollar

Fransa

454 milyon dollar

Polşa

190 milyon dollar

ABŞ

138,9 milyon dollar

Niderland

138,3 milyon dollar

İtaliya

121 milyon dollar

Latviya

98,1 milyon dollar

Almaniya

85,6 milyon dollar

Böyük Britaniya

74,7 milyon dollar

Finlandiya

68,4 milyon dollar

 

Eyni zamanda, 2022-ci ildə Amerika Birləşmiş Ştatlar dünyanın ən böyük araq idxalçısı olub. Ümumilikdə, ABŞ həmin il təxminən 1,45 milyard dollar dəyərində araq idxal edib. Sonrakı ən böyük idxalçı 168 milyon dollar ilə Fransa olub.

Ölkələr

Araq idxalının dəyəri

ABŞ

1,45 milyard dollar

Fransa

168,2 milyon dollar

Böyük Britaniya

148,9 milyon dollar

Kanada

129,1 milyon dollar

Almaniya

116,7 milyon dollar

İtaliya

80 milyon dollar

İspaniya

67,1 milyon dollar

Qazaxıstan

65,5 milyon dollar

İsrail

64,7 milyon dollar

Avstraliya

60,7 milyon dollar

 

Hesablamara görə, 2028-ci ilə qədər dünya üzrə araq bazarının gəlirinin rekord səviyyəyə çatacağı proqnozlaşdırılır. Belə ki, 2018-ci ildə dünya ölkələri araq satışından 45,7 milyard dollar qazanıb. Bu gəlirinin 2028-ci ilə qədər 9,4 milyard dollar və ya 19,07% artacağı proqnozlaşdırılır ki, bu da 2018-ci ildən bəri rekord səviyyə hesab olunur.

 

Gözəl Həşimova