"OPEC+" ölkələri razılaşdırılmış hasilat limitlərinə əməl etməsələr, neftin qiyməti bir barel üçün 50 dollara düşə bilər.

İqtisadiyyat.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudu bildirib.

Məlumata görə, Ər-Riyad İraq da daxil olmaqla bir neçə ölkəni neft hasilatını artırmamaq barədə xəbərdarlıq edərək, "OPEC+" qarşısında öhdəliklərinə hörmət etməli olduqlarını xatırladıb.

Qeyd edilib ki, iştirakçılar dekabr ayında hasilata qoyulan məhdudiyyətlərin yumşaldılması məsələsini müzakirə etmək niyyətindədirlər.

 

Gözəl Həşimova