Nigeriyada vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayının 359-a yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) məlumatında deyilir.

Açıqlamada vəba epidemiyasının yanvar ayından etibarən ölkənin bütün 36 əyalətinə yayıldığı bildirilib.

Qeyd edilib ki, bu il ölkədə vəba epidemiyası kəskin şəkildə yüksəlib və şübhəli xəstələrin sayı 220 faiz artıb.

Əlavə edək ki, Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır.

 

Gözəl Həşimova