Bu ilin yanvar-avqust aylarında Azərbaycan Portuqaliyaya 437,5 milyon dollar dəyərində 691,4 min ton neft ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən dəyər baxımından 3 dəfə çoxdur.

Əlavə edək ki, hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsi 447,4 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova