Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün qlobal qaz tələbatının artımı ilə bağlı proqnozunu 2,5% artıraraq rekord həddə - 4,2 trilyon kubmetrə çatdırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun qaz bazarı ilə bağlı hesabatında deyiir.

Hesabata görə, bu ilin yanvar-sentyabr aylarında qlobal qaz tələbatı 2,8% və ya 65 milyard kubmetr artıb.

Qeyd edilib ki, qaza olan tələb artımının demək olar ki, 45%-i Asiya-Sakit Okean ölkələrində baş verəcək və ümumi artım əsasən sənaye və enerji müəssisələrinin istehlakı hesabına təmin olunacaq.

 

Gözəl Həşimova