Bir müddət əvvəl fəaliyyətini dayandıran karqo şirkəti rəsmi olaraq bağlanır.

İqtisadiyyat.az xəbər verir ki, bu, "Falkon.Az" MMC-dir.

MMC ləğv olunduğunu elan edir. Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini paytaxtın Yahya Bakuvi 84 küçəsi, ev 32, mənzil a ünvanına bildirə bilərlər.

Xatırladaq ki, şirkət 2020-ci ildə qeydiyyata alınıb. Türkiyədən məhsulların çatdırılmasını həyata keçirən karqo şirkəti 2023-cü ilin yanvarınadək fəaliyyət göstərib.