Qlobal qaz tələbatı 2050-ci ilə qədər 39% artaraq 5,7 trilyon kubmetrə çata bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak "Energy Policy" jurnalı üçün köşə yazısında qeyd edib.

"Qaz dünyanın enerji balansının təxminən 26%-ni, Rusiyada isə 46%-ni təşkil edir. Eyni zamanda, qaz ekoloji cəhətdən təmizliyinə, əlçatanlığına və iqtisadi səmərəliliyinə görə ən perspektivli karbohidrogen enerji mənbəyidir", - deyə o vurğulayıb.

 

Gözəl Həşimova