"OPEC+" Nazirlərinin Monitorinq Komitəsi alyansın neft bazarındakı mövcud vəziyyəti qiymətləndirəcəyi onlayn iclasa başlayıb.

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.

Bugünkü görüş Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşməsi fonunda keçirilir.

Qeyd edək ki, bu görüşlərdə adətən neft bazarının vəziyyəti təhlil edilir və hasilatın səviyyəsi ilə bağlı "OPEC+" üçün tövsiyə müəyyən edilir. İndi monitorinq komitəsinin iclasları iki ayda bir keçirilir. Sonuncu belə görüş avqustun 1-də keçirilib.

 

Gözəl Həşimova