İngiltərə Premyer Liqası komandası "Bornmut" Türkiyə millisinin üzvü Enes Ünalı transfer edib.

İqtisadiyyat.az xəbər verir ki, müqavilə ilə "Xetafe" klubuna məxsus olan hücumçu mövsümün ikinci yarısını icarə əsasında "Bornmut"da keçirib.

Mövsümün ikinci yarısında "Bornmut"un heyətində 17 matçda forma geyinən 27 yaşlı Enes Ünal 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Bornmut" Enes Ünal üçün "Xetafe"yə 16 milyon avro ödəyib.