Fransanın ev sahibliyi edəcəyi 2024-cü il Olimpiya Oyunlarının ölkənin iqtisadi artımına müsbət töhfə verəcəyi gözlənilir.

İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir ki, dünyanın ən böyük idman təşkilatlarından biri olan Olimpiya Oyunları bu ilin iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək. Bu oyunlara təxminən 10.500 idmançı qatılacaq.

Məlumata görə, 2024-cü il Paris Olimpiyadası tarixdə ən çox bilet satılan oyunlar olub. Oyunlara buraxılan 10 milyon biletdən 9,3 milyonu satılıb. Bilet qiymətləri 90, 250, 500, 900, 1600 və 2 min 700 avro olaraq təyin edilib.

Paris Turizm Ofisi həmçinin oyunlar zamanı Parisə səyahət edən turistlərin 2,6 milyard avro xərcləyəcəyini proqnozlaşdırır.

2024-cü il Olimpiya və Paralimpiya Oyunlarının rəsmi büdcəsi 8,8 milyard avro həcmində qiymətləndirilir. Fransanın Olimpiyada üçün ümumi xərclərinin təxminən 10 milyard avroya çatacağı təxmin edilir.

 

Gözəl Həşimova