Argentinanın Olimpiya futbol komandasının futbolçusu, Braziliyanın “Botafoqo” klubunun cinah oyunçusu Tiaqo Almadanın Fransanın Sent-Etyen şəhərindəki stadionun soyunub-geyinmə otağından şəxsi əşyaları (saat, zinət əşyaları) oğurlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda BFMTV məlumat yayıb. Futbolçu dəyən ziyanı 50 min avro qiymətləndirib.

Bu barədə Argentina millisinin baş məşqçisi Xavyer Maskerano da Olimpiya turnirinin ilk turunun qalmaqallı oyunundan sonra açıqlama verib. Argentinalılar Mərakeş komandasına 1:2 hesabı ilə uduzublar.

Argentinalıların əlavə olunmuş vaxtın 16-cı dəqiqəsində vurduğu qoldan sonra tribunalarda iğtişaşlar başlayıb, mərakeşli azarkeşlər meydançaya soxulub.

İki saat sonra yenidən başlayan matçda hakim VAR-ın köməyi ilə argentinalıların ikinc