"Zirə” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxıb.
İqtisadiyyat.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda öz meydanında Slovakiya “Dunayska Streda”sı ilə qarşılaşıb.
Oyun Azərbaycan təmsilçisi üçün uğurlu alınıb. “Zirə” rəqibini 4 cavabsız qolla məğlub edib.
Tərəflər arasında cavab oyunu avqustun 1-də Slovakiyada keçiriləcək.
“Zirə” bundan əvvəl Avropa Liqasının birinci təsnifat mərhələsində “Şerif”ə (1:0, 1:2, penaltilərdə 4:5) uduzaraq yoluna Konfrans Liqasında davam edir.
Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
25 iyul
Zirə – Dunayska Streda 4:0
Qollar: Rafael Utziq, 29. Martins Junior, 31. Davit Volkov, 51; 53.