Parisdə keçiriləcək Olimpiya oyunlarının büdcəsi 11 milyard avroya bərabərdir.

İqtisadiyyat.az xəbər verir ki, oyunları keçirmək üçün namizədlik irəli sürüldükdə bu məbləğ 6,2 milyard avro idi. Planlaşdırılmayan xərclərin dəyəri iki dəfəyə qədər artıq olub.

Dövlət maliyyələşdirməsinin payı elan edilən 2,3 milyard avrodan 4,6 milyard avroya yüksəlib. Paris Olimpiadasının açılış mərasiminə 122 milyon avro vəsait xərclənib.

Tarixin ən bahalı oyunları 2008-ci ildə baş tutan Pekin Olimpiadasıdır. Həmin yarışların büdcəsi 32 milyarda qədər yüksəlmişdi. London 2012-ci ildə Olimpiadaya ev sahibliyi etmək üçün 10,9 milyard avro, Rio 2016-dakı yarışa 16 milyard avro, Tokio 2020-ci il Olimpiadasına 12,1 milyard avro xərcləyib