"Arsenal” əsas heyətə düşməkdə çətinlik çəkən futbolçulardan birini sata bilər. Emil Smit Rounun yeni mövsümə başqa komandada başlamaq ehtimalı böyükdür.

İqtisadiyyat.az xəbər verir ki, yarımmüdafiəçinin digər London klubuna keçmək imkanı var. “Fulhem” “topçular”a 35 milyon avroluq təklif göndərib və tərəflər ilkin razılığa gəliblər. 23 yaşlı oyunçu şəxsi müqavilənin şərtlərini razılaşdırsa, transfer reallaşacaq.

İngiltərə millisinin üzvü “Arsenal” yetirməsidir. Müxtəlif vaxtlarda “Leypsiq” və “Haddersfild”də icarədə olmuş futbolçunun “topçular”la hələ iki illik müqaviləsi var