Azərbaycan cüdoçuları bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıblar.

İqtisadiyyat.az xəbər verir ki, Leyla Əliyevadan sonra mübarizəyə ilk mərhələdən azad olan Balabəy Ağayev (60 kq) qoşulub. Avropa çempionatının gümüş mükafatçısı mübarizəyə 1/8 finaldan başlayıb. Onun rəqibi Asiya çempionu Von Jin Kim (Cənubi Koreya) olub.

Əsas vaxtda qalib müəyyənləməyib. Əlavıə vaxtda isə B.Ağayev üçüncü cərimə xalı alıb. Bununla da Koreya idmançısı qalib elan edilib.

Beləliklə, B.Ağayev də mübarizəni erkən başa vurub