"Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri “Ludoqorets” və “Dinamo” (Minsk) üz-üzə gəlib.

İqtisadiyyat.az xəbər verir ki, Bolqarıstanda baş tutan görüş “Ludoqorets”in qələbəsiylə başa çatıb – 2:0. Qolları Tekpetey və Nedelev vurub.

Cütün qalibi növbəti mərhələdə “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” duelinin güclüsü ilə qarşılaşacaq.

“Qarabağ” ilk oyunda Cəbəllütariq komandasını məğlub edib – 2:0