"Sabah” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi komanda səfərdə “Makkabi”nin (Hayfa) qonağı olub.

Qarşılaşma İsraildə deyil, Macarıstanda keçirilib. Azərbaycan təmsilçisi bu oyundan darmadağınla ayrılıb.

Komandaların cavab oyunu avqustun 1-də baş tutacaq.

Konfrans Liqası

2-ci təsnifat mərhələsi, ilk oyun

25 iyul

Makkabi (Hayfa) – Sabah 0:3

Qollar: Pavol Şafranko, 62. Jesse Sekidika, 78. Xəyal Əliyev, 88.