Noyabrın 14-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Ukraynaya təcavüz etmiş Rusiyanın beynəlxalq hüququn pozulmasına görə məsuliyyət daşımasını nəzərdə tutan qanun layihəsinə səs verəcək.

Qeyd olunub ki, “Associated Press”in əldə etdiyi qanun layihəsi BMT Baş Assambleyası tərəfindən bəyənilərsə, Rusiyanın vurduğu zərər və itkilər beynəlxalq aləmdə sənədləşdiriləcək.

Qeyd edək ki, Kanada, Qvatemala, Hollandiya və Ukraynanın təklif etdiyi qanun layihəsində Rusiyanın Ukraynaya təzminat ödəməsi də yer alır.

Məmmədov Məhəbbət