Ticarət sessiyası zamanı bitkoinin qiyməti 6% ucuzlaşaraq 57,9 min dollar təşkil edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Coindesk" saytının məlumatlarında deyilir.
Eyni zamanda, "Ethereum"un dəyəri isə 6,9 % azalaraq 2 898 dollar olub.
Məlumata görə, "Binance"in baş icraçı direktoru (CEO) vəzifəsindən istefa verən Çanpen Zaonun 4 aylıq həbs cəzasına məhkum edilməsindən sonra bitkoinin qiyməti 60 min dollardan aşağı düşüb. Bitkoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri son 24 saat ərzində təxminən 5,2% azalaraq 2 trilyon 210 milyard dollara enib.
Gözəl Həşimova