Bu ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 29 milyard 575,296 milyon manat təşkil edib.

İqtisadiyyat.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 25,4 % artaraq 9 904 olub.

BFB-nin dövriyyəsinin 79,15 %-i, yaxud 23 milyard 407,782 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 3,4 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 6,85 % azalaraq 4 milyard 802,552 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 51,7 % artaraq 1 milyard 364,963 milyon manat olub.