Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.

İqtisadiyyat.az xəbər verir ki, İstanbul təmsilçisi "Boka Xuniors"da çıxış edən Kristian Medinanın keçidini yekunlaşdırıb. Bu barədə Argentina mətbuatı məlumat yayıb.

"Fənərbaxça" 22 yaşlı yarımmüdafiəçi üçün onun klubuna bonuslarla birlikdə 15 milyon dollar ödəyəcək. Argentinalı oyunçu Türkiyə klubu ilə 5 illik müqavilə imzalayacaq. O, yeni komandasına gələn ilin yanvar ayında qoşulacaq.

Qeyd edək ki, Kristian Medina "Boka Xuniors"un yetirməsidir. Argentina U-23 millisinin üzvü hazırda davam edən mövsümdə bütün turnirlərdə meydana çıxdığı 25 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb