2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 1 milyard 471.5 milyon manat dəyərində əməliyyat aparılıb.

İqtisadiyyat.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20.7% və ya 252.3 milyon manat çoxdur.

Belə ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 1 milyard 219.2 milyon manat təşkil edib.

Qeyd edək ki, yalnız iyul ayında isə 267.2 milyon manat dəyərində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.1% çoxdur.