“Xüsusilə Fələstin məsələsində Misirə dəstək və kömək etməliyik. Onları təkbaşına qoymamalıyıq”.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Priştinada Kosovo Baş nazirinin müavini, xarici işlər və diaspor naziri Donika Gervalla-Şvars ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

“Fələstin məsələsində, Qəzza problemində Misir bir ön cəbhə ölkəsidir. Onlar bu məsələnin həm qurbanı, həm də tərəfidir. Misir Qəzzaya humanitar yardımların çatdırılmasında, Qəzzada müharibənin dayandırılması kimi mövzularda çox böyük rol oynayır", - o bildirib.

 

Sadiq Cavadov