Dövlət Statistika Komitəsi ölkədə istifadədə olan avtomobillərin markasının statistikasını açıqlayıb. Qeyd olunan məlumat 2018-ci ilin əvvəli üçün nəzərdə tutulub.

İqtisadiyyat.az iqtisadçı ekspert Qubad İbadoğlu həmin statistik göstəricini şəxsi feysbuk hesabında paylaşıb.

'Ölkədə qeydiyyatdan keçən minik avtomobillərinin 46,4 faizini rus istehsalı olanlar, 17 faizini Mersedes təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2018-ci ilin əvvəlinə qeydiyyatdan keçən avtomobillərin sayı 1 milyon 147 min 437 ədəd olub. Bu o deməkdir ki, ölkədə həmin dövr üçün hər 1000 nəfərə 138 avtomobil düşüb.'

aa1.jpg