Azərbaycan və Türkmənistan arasında bu ilin yanvar-may aylarında ticarət dövriyyəsi 392,7 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin 5 ayı ilə müqayisədə 285,8 milyon dollar və ya 3,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Türkmənistana 38,3 milyon dollarlıq mal ixrac edilib, bu ölkədən isə 354,4 milyon dollarlıq mal idxal edib.