2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 200 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə xarici ticarət iştirakçılarının sayı 67 515 nəfər təşkil edib. Onlardan 57 264 nəfəri fiziki, 10 261 nəfəri isə hüquqi şəxslərdir.

Xarici fəaliyyət iştirakçısı qismində hüquqi şəxslərin 278-i dövlət, 9 min 973 nəfəri isə özəl sektorun nümayəndələri olub.

Qeyd edək ki, hesabar dövründə idxal əməliyyatlarının həcmi 15 milyard 812,6 milyon ABŞ dolları, idxal olunan malların çeşidlərinin sayı 7 616 ədəd olub. İxrac əməliyyatlarının həcmi isə - 31 milyard 512,9 milyon ABŞ dolları, ixrac olunan malların çeşidlərinin sayı - 3 383 ədəd təşkil edib.