Azərbaycanın bu ilin yanvar-oktyabr aylarında Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə ixracı 1,3 milyard ABŞ dolları dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə 3 % çoxdur.

Hesabat dövründə MDB ölkələrindən idxal 3,8 milyard dollar təşkil edib. Bu da illik müqayisədə 11,7 % çoxdur.

Cari ilin 10 ayı ərzində Azərbaycanın MDB ölkələri ilə ticarəti:

MDB ölkələri

Ticarət dövriyyəsi

Belarus

273,4 milyon dollar

Qazaxıstan

283,9 milyon dollar

Qırğızıstan

47,6 milyon dollar

Moldova

13,2 milyon dollar

Özbəkistan

142,9 milyon dollar

Rusiya

3,4 milyard dollar

Tacikistan

5,1 milyon dollar

Türkmənistan

710,3 milyon dollar

Ukrayna

285,1 milyon dollar

 

Gözəl Həşimova