Yanvar-iyul aylarında Azərbaycandan 97,3 min ton polietilen ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) İqtisadiyyat.az-a verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 100,3 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2022-ci ilin eyni aylarında 83,5 milyon dollarlıq 60,6 min ton polietilen ixrac olunub.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində Yüksək Sıxlıqlı Polietilen Zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.