Azərbaycanda qızıl, mis və gümüş hasilatçısı “Anglo Asian Mining PLC” 2023-cü ilin iyunundan dekabr ayına kimi 7 ay ərzində 4 600 unsiya qızıl külçə üçün forvard müqavilə ilə satış mövqeyi tutduğunu bildirib.

Bu barədə İqtisadiyyat.az-a mədən şirkətindən bildirilib. Bununla “Anglo Asian”nin orta səviyyəli mis istehsalçısına keçidi ilə yekunlaşan ortamüddətli artım strategiyası və qarşıdan gələn kapital xərcləri tələbləri fonunda tədbirli olduğu vurğulanıb.

Külçə qızılın aylıq satışları hər ay büdcədə nəzərdə tutulmuş “gold doré” (qızıl və gümüşdən ibarət dore) istehsalının təxminən 25%-30%-ə bərabər olub. Müqavilələrin müddəti hər ayın sonunda başa çatır və cəmi 4 600 unsiya külçə qızıl satılıb. Forvard satışlar qızılın unsiyasına görə 1949.75 dollardan 1979.25 dollara qədər olan qiymətlərlə həyata keçirilib. Forvard satış müqaviləsi bağlandığı zaman qızılın spot qiyməti 1947.50 dollar təşkil edib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir.