2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 294 kq nərə balığının kürüsü istehsal edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2 dəfə və ya 154 kq çoxdur.

Qeyd edək ki, 2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycanda 140.8 kq nərə balığının kürüsü istehsal edilib.