İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Hacıqabul rayonunda dəvəçiliyin inkişafı layihəsi üçün 500 min manat güzəştli kredit verib.

İqtisadiyyat.az xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.

Nazirin sözlərinə görə, kredit "Fədək-Azərbaycan" MMC-yə ayrılıb.