Azərbaycan və Pakistan Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində görülən işləri müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında yazıb.

"Pakistanın ticarət naziri Səid Navid Qəmər ilə keçirdiyimiz onlayn görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinin və iqtisadi əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini bir daha vurğulayaraq, tərəflər arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində görülən tədbirləri müzakirə etdik", - nazir bildirib.